"Müammər Qəddafi sağ-salamatdır və əlində silah ölkənin düşmənləri ilə döyüşməkdə davam edir". SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Liviya liderinin qızı Aişə Qədafi "Al Rai" ərəb telekanalı ilə yayımlanan müraciətində bəyan edib.
Aişə Qəddafi atasının tərəfdarlarını sakitləşdirib: "Narahat olmayın. Siz cəbhədə döyüşən rəhbərinizlə fəzr edə bilərsiniz". Qəddafinin qızı hazırkı Liviya rəhbərlərini satqın adlandırıb və liviyalıları yeni hakimiyyətə qarşı üsyana çağırıb.
Qeyd edək ki, Aişə Qəddafi qardaşları Məhəmməd və Hanibal, eləcə də, anası Safiyə ilə avqustun sonlarından Əlcəzairdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB