Qəzetin Misurata üzrə bölgə müxbiri Rat Şerlok bildirir ki, Hananın "öldürülməsi"ndən üç il sonra çəkilmiş videoda balaca qız atası ilə top oynayır və onun adı videoda görüntülənən ailə üzvləri tərəfindən dəfələrlə çəkilir: "Qəddafinin övladlığa götürdüyü qızı Hananın olduğu ilk video yayımlandı. Hana Qəddafi 1986-cı ildə ABŞ-ın Tripolini bombalaması zamanı "öldürülmüşdü".
Bombardmandan bir neçə gün sonra Qəddafi özü bu faktı təsdiqləmiş və balaca Hana üçün yas mərasimi təşkil edilmişdi. Dünən onun evindən tapılan videolent isə 1989-cu ilə aiddir və burada Hana atası (Qəddafi) ilə top oynayır. Üstəlik, evin bağçasında istirahət edən ailənin digər üzvləri videolent boyunca dəfələrlə onun adını çəkir. General Qəddafi videolentdə həsrətlə əzizlədiyi və demək olar ki, qucağından yerə qoymadığı balaca Hananın ölümünü illərlə anti-Qərb siyasətində bayraq olaraq istifadə etdi. Ona qonşu olan liderlər onun anti-Amerika və anti-Qərb siyasətini günahsız yerə övladını itirmiş bir atanın əfv etməməsi kimi qəbul edir və dəstəkləyirdilər. Lentlə bağlı ailə üzvləri kadrdakı qızın başqa Hana olduğunu deyir. Onlar 1986-cı ildəki hücumdan sonra daha bir qız övlad götürərək, ona Hana adı verdiklərini iddia etsələr də, faktlar bunun əksini deyir".
Müəllif Qəddafinin qızı Hananın dəfələrlə Tripolidə istirahət etdiyi, müayinədən keçdiyi, müalicə olunduğu, ayrı-ayrı yerlərdə adına rəsmi sənədlərin olduğunu bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB