Qəddafi rejiminin son baş naziri Əl Bağdadi Əli Əl Mahmudu Tunisdə həbs olunub. SİA-nın xəbərinə görə, ötən ay Liviyanı tərk edərək Tunisin Cerba adasına getdiyi açıqlanan Əl Mahmudunun həbs olunmasını Tunis Daxili İşlər Nazirliyi də təsdiqləyib. Qeyd edək ki, bu ilin mart ayında baş nazirlik vəzifəsinə gətirilən Əl Mahmudu devrilmiş rejimdən bu günə qədər həbs olunan ən yüksək adamlardan biri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB