BMT-də Əhmədinejadı dinləmək istəmədilər

BMT-də Əhmədinejadı dinləmək istəmədilər

BMT-nın Baş Assambleyasının 66-cı sessiyasında İran prezidenti Mahmud Əhmədinejad çıxış edərkən ABŞ-ın və bir sıra Avropa xalqlarının nümayəndələri zalı tərk ediblər. O çıxışında dəfələrlə ABŞ-ı pisləyib və bildirib ki, ABŞ və bəzi ölkələr sionistlərə fidyə ödəmək üçün Halokastdan istifadə edir. SİA-nın məlumatına görə zalı tərk edənlər arasında Fransa, Almaniya, və İngiltərə nümayəndələri də olub.


Könül Yazar

Bütün xəbərlər Facebook səhifəmizdə