Dağıstanda polisə qarşı təşkil edilən hücumda 4 nəfər öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumatda Dağıstan federal həbsxanasının müdir köməkçisi vəzifəsini icra edən Daxili İşlər Nazirliyinin nümayəndəsi Maqomed Murtuzaliyev naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində həyatını itirib. Hücumda həmçinin Maqomedin qızının, qardaşının oğlunun və sürücüsünün də öldüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB