NATO qüvvələri Əfqanıstanda 40 döyüşçü öldürüb

NATO qüvvələri Əfqanıstanda 40 döyüşçü öldürüb

NATO Əfqanıstanda antiterror əməliyyatlarını davam etdirir. SİA-nın Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, əməliyyat əsasən Pakistanla sərhəd ərazilərdə aparılır. Sərhəddəki Vant-e Vayqal vilayəti 3 ay əvvəl \"Taliban\" tərəfindən nəzarət altına alınıb. Hazırda Nuristan əyalətində gərgin döyüş gedir. Son məlumatlara əsasən, \"Taliban\"ın 40 döyüşçüsü öldürülüb.

NATO-nun bombardmanı zamanı 4 dinc sakin də həlak olub. Onlardan 3-ü qadındır.

Bütün xəbərlər Facebook səhifəmizdə