90 uşaq zəhərlənib

Perunun şimalında məktəb yeməkxanasında kütləvi zəhərlənmə halı qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Kaxamarka regionunda, orta məktəblərin birində 90 nəfər zəhərlənib. Onlardan 3 nəfərin öldüyü bildirilib.

Hazırda zəhərlənmə diaqnozu ilə xəstəxanalarda kritik vəziyyətdə xeyli sayda şagirdlərin olduğu bildirilib. Ölənlərin sayının artacağı istisna olunmur. İlkin ehtimala görə, hadisəyə yeməkxana işçilərinin ehtiyatsızlığı səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə