Çində sel 25 nəfərin həyatına son qoyub

Çində sel 25 nəfərin həyatına son qoyub

Çinin Sıçuan əyalətində son günlər aramsız yağan yağışlar güclü daşqınlara səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həmin ərazidən keçən Tzüytsyan çayında suyun səviyyəsi 28 metrə çatıb, bu da kritik həddən 7 metr artıq deməkdir.

Hadisə nəticəsində, 25 nəfər ölüb, daha 14 nəfər itkin düşmüş hesab olunur. Baş vermiş subasmalar nəticəsində 83 min yaşayış evi yararsız vəziyyətə düşüb. Yaranmış vəziyyətlə əlaqədar olaraq ərazilərdə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə