Silviya Berluskoni yenidən məhkəmə qarşısında

Silviya Berluskoni yenidən məhkəmə qarşısında
Milanın şəhər Prokurorluğu ölkənin baş naziri Berluskonini yenidən məhkəmə qarşısına çıxarmağa hazırlaşır. Əgər bu baş verərsə, S.Berluskoni beşinci dəfə məhkəmə qalmaqalı ilə qarşı-qarşıya qalacaq. Qeyd olunur ki, bu dəfəki ittiham baş nazirin BNL (Banca Nazionale del Lavoro) bankının konfidesial sirrlərini yayması ilə bağlıdır. Belə ki, baş nazirlə yanaşı onun qardaşı Paolo Berluskoninin də məhkəməyə çıxacağı məlum olub. Baş nazirin qardaşı həm də nüfuzlu "Cornale" qəzetinin baş redaktoru və təsisçisidir. Məhz bu qəzetdə BNL bankının daxili əməliyyatları, telefon danışıqları ictimailəşdirilərək, açığa çıxarılmışdı. Hazırda isə Berluskoni barədə dörd məhkəmə işinin olduğu bildirilir. Onlar britaniyalı vəkil Devid Millsin rüşvətlə alınması və məhkəmədə yalan ifadələr verməsi, maliyyə fırıldaqları (iki dəfə) və azyaşlı qızlarla yaxın əlaqələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə