SİA İTAR-TASS agentliyinə istinadən məlumat verir ki, Almaniyanın Bleyxerod şəhəri yaxınlığından keçən dəmir yolu üzərində iki qatarın toqquşması nəticəsində güclü yanğın baş verib. Qeyd olunur ki, vaqonların partlaması nəticəsində sisternlərdə daşınan və yanğın təhlükəsi törədən zəhərli kimyəvi məhsullar alışıb. Belə ki, birinci vaqonda baş qaldıran alov zamanında södürüldüyü üçün, ikinci partlayışın qarşısını alamaq mümkün olub.
O da bildirilir ki, digər bir neçə vaqon relsdən kənara çıxıb. Ətrafda yaşayan 50 nəfərədək sakin zəhərlənmə təhlükəsi səbəbi ilə qəza yerindən uzaqlaşdırılıb. Yanğının söndürülməsində 150 yanğınsöndürən və 70 nəfər federal polis iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB