"Forbes" jurnalı Amerika Birləşmiş Ştatlarının 400 ən varlı adamının siyahısının son versiyasını dərc edib. SİA-nın xəbərinə görə, siyahıda yenə də birinci yeri Şimali Amerikanın ən varlı adamı olmaqla "Microsoft" koorporasiyasının keçmiş rəhbəri Bill Geyts tutur. Belə ki, "Microsoft"un yaradıcısı və keçmiş rəhbəri olan 55 yaşlı B.Geyts 59 milyard dollara sahib olmaqla siyahıya başçılıq edir. İkinci yeri 39 milyard dollara sahib "Bershire Hathaway" fondunun baş direktoru 81 yaşlı investor Uorren Baffet, üçüncü yeri isə 33 milyard dolların sahibi olan "Oracle" şirkətinin baş direktoru 67 yaşlı Larri Ellison dayanır. Bu şəxslərin hər üçü siyahıya 2008-ci ildən başçılıq edir.
Bundan əlavə, siyahıda 20 ən varlı amerikalı arasında İT sahəsinin 8 sahibkarı yer alıb, lakin əsas fəaliyyəti bilavasitə neft-qaz sektoru, metallurgiya və digər xammal sahələri ilə bağlı olan heç bir nümayəndə burada qərar tutmayıb. B.Geyts və L.Ellisonla yanaşı, İT sahənin nümayəndələri arasında ilk iyirmiliyə dünyanın ən böyük internet mağazası "Amazon.com"un yaradıcısı və rəhbəri 47 yaşlı Cef Bezos (kapitalı 19,1 milyard dollar, 13-cü yer), Facebook sosial şəbəkəsinin yaradıcısı və rəhbəri 27 yaşlı Mark Sukerberq (17,5 milyard dollar, 14-cü yer), Google axtarış servisinin yaradıcıları və rəhbərləri 38 yaşlı Sergey Brin və Larri Peyc (hər biri 16,7 milyard dollara sahib, 15-ci yer), Dell şirkətinin yaradıcısı və rəhbəri 46 yaşlı Maykl Dell (15 milyard dollar, 18-ci yer) və Microsoft şirkətinin baş icraçı direktoru 55 yaşlı Stiv Balmer (13,9 milyard dollar, 19-cu yer) daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB