Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən Avropa ölkələri Təhsil Nazirləri Forumu zamanı Kiyev-Mogilyan Akademiyasının tələbəsi Ukraynanın təhsil naziri Dimitri Tabaçnika gül buketi ilə zərbə endirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, keçirilən forum zamanı akademiyanın tələbəsi Darya Stepanenko qəflətən təhsil nazirinə yaxınlaşaraq əlində olan gül buketini onun üzünə zərbə ilə çırpıb. Hadisədən sonra dərhal mühafizəçilər onu zaldan kənarlaşdırıblar. Avtomobilə minərək qaçmağa cəhd göstərən tələbə həmin dəqiqə polislər tərəfindən saxlanılıb. Təhsil naziri mətbuata açıqlamasında bu məsələyə çox sakit yanaşdığını bildirib. "Heç bir insident baş verməyib və bu hadisəyə çox normal yanaşıram ",- deyə təhsil naziri keçirilən brifinqdə bu sözləri əlavə edib.
Akademiya tələbəsi isə öz növbəsində bunları bildirib: "Əslində mənim bu hərəkətimin məqsədi təhsil nazirinin səviyyəsini aşağı salmaq idi. Bütün dünya bu gün Ukrayna təhsil nazirinin heç bir hörməti olmadığını gördü. Bu mənim şəxsi qərarım və şəxsi mövqeyimdir. Bütün tələblər ona nifrət edir və bu cəlladın istefasını tələb edir ".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB