ABŞ-da dörd dəfə təxirə salınmış ölüm hökmü icra olunub

ABŞ-da dörd dəfə təxirə salınmış ölüm hökmü icra olunub
Corciya ştatının məhkəmə işçiləri ABŞ vətəndaşı Troya Devisin ölüm hökmünün icrasını həyata keçiriblər. SİA "Agence France-Presse"-yə istinadən xəbər verir ki, haqqında ölüm hökmü çıxarılmış Troya Devis 20 il idi ki, öz günahsızlığını sübut etməyə çalışırdı.
Ölüm hökmü inyeksiya vasitəsi ilə icra edilib. Həkimlər qrupu 21 sentyabr tarixində saat 23:08-də Devisin ölümünü təsdiq ediblər.
Onu da xatırladaq ki, T.Devis bundan hələ bir neçə saat öncə ölüm masasına yatırılmalıymış. Lakin onun ABŞ-ın Ali Məhkəməsinə müraciət etməsi ömrünü daha 4 saat uzadıb.
T.Devis 1989-cu ildə polis Mark Makfeylin öldürülməsində günahkar hesab edilərək həbs olunub, 1991-ci ildə isə ona ölüm hökmü oxunub. Şahidlərin və digər polislərin verdikləri ifadələr, eləcə də məhkumun etdiyi fərqli məhkəmə çıxışları 20 il davam edib, lakin sonda qərar dəyişilib.
Onun ölüm hökmünün dəyişdirilməsi üçün Roma Papası XVI Benedikt və ABŞ-ın eks-prezidenti Cimmi Karter ABŞ Ali məhkəməsinə müraciət etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə