Papa- Almaniyada sevilməyən adam - FOTO

Papa- Almaniyada sevilməyən adam - FOTO

Dünya katoliklərinin dini lideri alman mənşəli Papa 16-cı Benedikt bu gün Almaniyaya gedir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sentyabrın 25-ə qədər davam edəcək Almaniya səfərinin problemli başlanacağı gözlənilir.

Müxtəlif vətəndaş cəmiyyət təşkilatları ilə yanaşı, Benediktin bu gün Almaniya Parlamentində edəcəyi çıxışa etiraz məqsədi ilə bir çox deputatın iclas salonuna girməmək qərarı verməsi artıq narahatlıq yaratmağa başlayıb. Bundan başqa küçələrə Papanın səfərinə etiraz olaraq dini liderin qarabasma kimi göstərildiyi \"xoş gəlmədin\" yazılmış şüarlar asılıb.

Federal Məclis Sol Partiyadan olan məclis üzvlərinin bütün parlamentariləri kütləvi etiraza çağırmasını sərt bir şəkildə tənqid edib, boş yerlərin doldurulması üçün keçmiş millət vəkillərinin dəvət edilməsi planlaşdırılıb. Federal Məclisdə Papanın çıxışını İctimai Demokrat Partiyası (SPD) və Yaşıllar Partiyasından bəzi parlamentarilərin də boykot edəcəyi bildirilib. Yaşıllar Partiyasının həmsədri Klaudia Roth Papanın Federal Məclisdəki çıxışını izləyəcəyini, qatılmaq istəməyən millət vəkillərinin bu hərəkətlərinə da hörmətlə yanaşdığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə