Qəddafidən xəbər var

Liviyanın müxalifət tərəfindən devrilən lideri Müəmmər Qəddafidən axır ki, xəbər gəlib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, o bəyan edib ki, Tripoli və ölkənin əksər şəhərlərini tutmuş üsyançılar mövcud siyasi sistemi dağıda bilməyəcək.

Suriyanın "Ər-Ray" peyk telekanalı vasitəsilə yayılan audiomüraciətində Qəddafi Liviyadakı siyasi sistemin xalqın gücünə əsaslandığını deyib: "Bu sistem milyonlarla liviyalını təmsil edir və onu məhv etmək mümkün deyil. Liviya ərazisinin NATO aviasiyası tərəfindən bombalanması da çox sürməyəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə