Amsterdamda partlayış

Hollandiyanın paytaxtı Amsterdamda yerləşən məhkəmə binalarından birinin qarşısında partlayış törədilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Partlayış nəticəsində məhkəmə binasına ciddi ziyan dəyib. Verilən məlumatda bildirilir ki, partlayış baş verdikdən sonra iki nəfər motosikletlə hadisə baş verən ərazidən qaçıblar.

Hadisə ilə bağlı polis işçiləri axtarışa başlayıb. Hollandiyanın ədliyyə naziri İvo Opstelt,baş vermiş partlayışı qəbul olunmaz və qorxunc adlandıraraq, dövlətə qarşı yönəlmiş bir hücum kimi xarakterizə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə