Fələstin muxtariyətinin müstəqilliyi ilə baglı mitinqlər başlayıb
Fələstin dövlətinin 1967-ci il sərhədlərində tanınması tələbini dəstəkləyən on minlərlə insan İordan çayının Qərb sahilində yerləşən şəhərlərdə aksiyalara başlayıblar. Aksiya iştirakçıları ABŞ prezidenti Barak Obamanı Fələstinin müstəqilliyinin tanınmasına dəstək verməyə çağırıblar. Ramallah şəhərində bir qrup aksiya iştirakçısı Amerika bayraqlarını yandırmaq istəsələr də, nümayişə toplaşanlar buna imkan verməyiblər. Hələlik aksiyalarda heç bir insident qeydə alınmayıb. Fələstin tərəfi BMT-yə müraciət edərək Fələstin dövlətini quruma üzv 194-cü dövlət kimi tanımağa çağırıblar. ABŞ BMT-nin belə qərar çıxaracağı təqdirdə veto hüququndan istifadə etməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB