Mürid razı, şeyx məmnun! Türkiyənin Bursa şəhərində özünü ocaq şeyxi adlandıran 47 yaşlı U. K. hakim qarşısına çıxarılıb. SİA-nın "Axşam" qəzetinə istinadən verdiyi xəbərə görə, təcavüzdə və təriqət qurmaqda ittiham edilən və ümumilikdə 341 il 6 ay həbsi istənilən \"şeyx\"in özünə bəraət qazandırması məhkəmə salonudakılarının sərt reaksiyasına səbəb olub.
"Sirlər otağı\" adlandırdığı ofisində müridləri ilə əlaqəyə girən saxta şeyx özünü belə müdafiə edib: \"Qəbul etməmək kimi seçimim yox idi. Mən də təriqətin ölən lideri H. B. ilə əlaqəyə girdim və pir oldum\"
Bursa 3-cü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində reallaşan məhkəmə iclasında müridlərdən 3-ü şikayətçi olub, 14-ü isə şeyx ilə istədikləri üçün birlikdə olduqlarını söyləyib. Müridlərdən biri isə bildirib ki, məcbur edən olmadı, mənə görə hər şey normal idi.
Dindirilən iki nəfər isə həkimlərin çarə tapa bilmədiyi iflic xəstəliklərinin tam sağaldığını və bu səbəbdən şikayətçi olmadıqlarını söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB