Qvatemalada zəlzələ baş verib

Qvatemalanın cənubunda bir-birinin ardınca bir neçə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların maksimal gücü 5,8 bal təşkil edib. Zəlzələnin episentri paytaxt Qvatemala şəhərindən 52 km cənub-şərqdə qeydə alınıb. Baş vermiş zəlzələ nəticəsində, azı, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Dağıntılar altında qalanların olduğu bildirilir. Ölənlərin sayının artacağı istisna olunmur.

Təhlükəsizlik tədbirləri çərçivəsində zəlzələ bölgəsində təxliyyə işləri aparılıb. Santa-Rosa departamentində məktəblərin fəaliyəti müvəqətti olaraq dayandırılıb, qonşu Salvadora gedən yollar uçqun nəticəsində bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə