Mixail Saakaşvili Barak Obama ilə görüşəcək

Mixail Saakaşvili Barak Obama ilə görüşəcək

Gürcüstan prezidenti Mixail Saakaşvili amerikalı həmkarı Barak Obama ilə görüşəcək. SİA-nın "Qruziya-online" agentliyinə istinadən verdiyi məlumata görə, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində baş tutacaq.

M. Saakaşvilinin ABŞ-ın dövlət katibi Hillari Klinton, həmçinin Ağ Evin keçmiş rəhbəri Corc Buş ilə də görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə