Çində təbii fəlakət: 57 ölü

Çinin Siçuan əyalətində baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində 57 nəfər ölüb, 11 nəfər itkin düşüb. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, Siçuan, Şaanşe və Henan əyalətlərində 1 milyonadək sakin öz evlərindən təcili evakuasiya olunub. Təbii fəlakət zonasında 31 min ev su altında qalıb, on minlərlə hektar əkin sahəsini su basıb. Siçuan əyalətinə dəymiş maddi ziyan 940 milyon dollar qiymətləndirilib. Meteoroloqlar bunu bölgədə 1847-ci ildən bəri ən güclü daşqın olduğunu bildirirlər.


Bütün xəbərlər Facebook səhifəmizdə