İrandan Fələstinə dəstək

İranda oktyabrın 1-2-də Fələstin intifadasına dəstək üzrə V beynəlxalq konfransı keçiriləcək.

SİA-nın IRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İran Məclisinin spikeri Əli Laricani deyib. Onun sözlərinə görə, konfransın keçirilməsi Fələstin xalqının hüquqlarının qorunmasına dəstək olmaq üçün keçirilir və İsrail tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılması üçün məqsəd qoyulub.

Əli Larcani deyib ki, konfransda həmçinin İsrail tərəfindən fələstinlərə qarşı törədilən cinayətlər barədə beynəlxalq cəmiyyətə müraciət etməyə çağırış qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə