Rusiyada sərxoş pilot 47 nəfərin ölümünə səbəb olub

Rusiyada sərxoş pilot 47 nəfərin ölümünə səbəb olub

Rusiyada iyun ayında, Petrozavodsk yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğramasına səbəb bələdçi pilotunun sərxoşluğu olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya İstintaq Komitəsinin sözçüsü Vladimir Markin deyib ki, hadisə zamanı həlak olan təyyarənin bələdçi pilotu alkohol təsirində olub.

Qeyd edək ki, iyun ayının 20-də RusAir şirkətinə məxsus olan Tu-134 təyyarəsinin avtomobil magistralına çarpılması nəticəsində 47 nəfər həlak olub, 5 nəfər ağır xəsarətlərlə sağ qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə