Taylandda daşqın qurbanlarının sayı 112-ə çatıb

Taylandda daşqın qurbanlarının sayı 112-ə çatıb

Taylandda 2 ay davam edən aramsız yağışlar ölkənin ən iri çaylarından olan Çao Praya çayını məcrasından çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində ölkənin 77 əyalətindən 26-sı su altında qalıb. Daşqınlar Taylandın əsasən şimal ərazilərinə ziyan vurub. Aramsız yağışlar səbəbindən krallığın mərkəz və cənub ərazilərinin sakinləri də daşqın təhlükəsi ilə üzləşiblər. Yerli meteorologiya xidmətinin məlumatına görə, təbii fəlakət nəticəsində 1 milyon 4 min insana ziyan dəyib.

250 minə yaxın sakin isə xəstəxana və hospital binalarına yerləşdiriliblər. Çao Praya çayında suyun səviyyəsi qalxmaqda davam edir. Yağış səbəbindən növbəti 3 gün ərzində çayda suyun səviyyəsinin 30 santimetrdən də çox qalxacağı gözlənilir. Təbii fəlakətin miqyasının və daşqınların qarşısının alınması məqsədilə 7 əyalətdə çayın sahilində yaşayan sakinlər bənd bərkitmə işləri aparırlar. Paytaxt Banqkok da su altında qalma təhlükəsi ilə üzləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə