Türkiyə veto hüququndan istifadə etməklə İsrailə NATO qərargahında nümayəndəlik yaratmağa mane olub. SİA-nın "Zaman" aistinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bəyan edib: "Bu il aprelin 14-15-də Berlində keçirilən NATO Sammitində Türkiyə bəyan etmişdi ki, əgər İsrail bu təşəbbüslə rəsmi münasibətlərə başlasa, biz veto hüququndan istifadə edəcəyik", - deyə o əlavə edib.
Bu zəmində İsrailin müdafiə naziri Ehud Barak Türkiyə-İsrail münasibətlərində yaranan gərginliyə görə, xarici işlər naziri Avoqdor Liberman və baş nazir Netanyahunu ittiham edib. Ehud Barak baş nazir Netanyahunun Türkiyə ilə ortaq məxrəcə gəlmək niyyətində olduğunu, lakin xarici işlər naziri Libermanın buna imkan vermədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB