Rusiya "S-300" Zenit-Raket Komplekslərinin (ZRK) satışı ilə bağlı razılaşmanı yerinə yetirməlidir. SİA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bunu İranın müdafiə naziri Əhməd Vahidi deyib: "Hələ də bu müqavilənin həyata keçəcəyinə inanırıq. Biz inanırıq ki, Rusiya tərəfi bu müqavilənin yerinə yetirilməsinə gətirib çıxaracaq yol tapacaq".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Aleksandr Lukaşeviç avqustun sonlarında bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsi və Rusiya prezidentinin 22 sentyabr 2010-cu il tarixli göstərişinə əsasən "S-300" ZRK-ların İrana satılması mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB