Yəməndə qarşıdurmalar alovlandı: 26 ölü

Yəməndə qarşıdurmalar alovlandı: 26 ölü

Yəmənin paytaxtı Sənada rəhbərliyə etiraz edən on minlərcə nümayişçilərin üzərinə təhlükəsizlik qüvvələrinin atəş açmasından sonra şəhərdə silah səsləri eşidilməkdə davam edir. Hadisələrdə ən az 26 adam ölüb, yüzlərlə adam yaralanıb.

Həkimlər güllə yarası və ya göz yaşartıcı qazdan əziyyət çəkmə şikayətləri ilə xəstəxanalara aparılan 300-dən artıq adamdan ən az 25-nin vəziyyətinin ciddi olduğunu bildirir.

Müxalifət liderləri də etirazlarını ölkə daxilində davam etdirəcəklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə