İranda kütləvi edam

İranda kütləvi edam həyata keçirilib. SİA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, 22 nəfər məhkəmənin hökmü əsasında asılmaqla edam edilib.

Onlar narkotik vasitələri yaydıqları və istifadə etdikləri üçün həbs olunublar.

Qeyd edək ki, son 9 ay ərzində İranda 234 nəfər edam edilib. "Amnesty İnternational"ın məlumatına görə, bu göstəriciyə görə İran yalnız Çindən geri qalır. Əlavə edək ki, İranda adı çəkilən cinayətə, həmçinin silahlı qarətə və həyat yoldaşına xəyanətə görə ölüm hökmü nəzərdə tutulur

Bütün xəbərlər Facebook səhifəmizdə