Sudanda 13 polis öldürüldü

Sudanın Darfur bölgəsində silahlı şəxslərlə polis arasında çıxan qarşıdurmada 13 polis öldürülüb. SİA-nın xəbərinə görə, polis qarşıdurmanın ötən gün şərqdəki Cebem Marra bölgəsində 3 girovun azad edilməsi nəticəsində meydana çıxdığını deyib. Həmin hadisədə də 13 polisin öldüyü, 30 adamın isə yaralandığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə