İsrail müdafiə naziri Ehud Barak Türkiyə-İsrail əlaqələrinin pisləşməsinə görə xarici işlər naziri Libermanı və Baş nazir Netanyahunu günahlandırıb. SİA-nın türk mətbuatına istinadən xəbər verir ki, İsrailin populyar qəzeti olan "Yedioth Ahronothun" internet saytı ynetnews.com-da Barak Netanyahu ilə əlaqələri düzəltdiyi bir vaxtda Libermanın ona maneçilik törətdiyini söyləyib.
Xəbərə görə, Ehud Barak həmçinin bağlı qapılar arxasında keçən iclasda Netanyahunun Mavi Mərmərə hadisəsindəki tutduğu mövqeyini də sərt şəkildə tənqid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB