İranın paytaxtı Tehranda \"Ərəb Baharı\", yaxud \"Yaxın Şərq və Şimali Afrikada İslam Oyanışı\" adlı konfrans keçirilir. Konfransın açılışını İranın ali dini lideri Ayətulla Əli Xameneyi edib. Xameneyi ərəb xalqlarını NATO-ya və Qərbə etibar etməməyə çağırıb. \"Tunis, Misir və Liviya xalqı! Heç vaxt Amerikaya, NATO-ya, Britaniya, Fransa və İtaliya kimi cinayətkar rejimlərə etibar etməyin. Onlar sizin torpaqlarınızı parçalayıb, sizi talan edirlər\". \"Ərəb Baharı\"na dair konfransda İranın dövlət başçısı Mahmud Əhmədinejad və yüksəkrütbəli dövlət məmurları da iştirak edir. 2-günlük konfransda İslami oyanış hərəkatlarında əhəmiyyətli rol oynamış fiqurlardan da bəhs ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB