Rusiya və Yaponiyada zəlzələ baş verib

Rusiya və Yaponiyada zəlzələ baş verib

Rusiyaya məxsus Kuril adaları yaxınlığında zəlzələ baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 7,1 bal təşkil edib. Zəlzələnin episentri Kunaşir adasında, Cənub-Kurilsk şəhərindən 460 km cənub-şərqdə qeydə alınıb. Sunami təhlükəsi gözlənilmir.

Anoloji hadisə Yaponiyanın Honsü adasında da olub. Yeraltı təkanların gücü 6,6 bal təşkil edib. Zəlzələnin episentri paytaxt Tokio şəhərindən 586 km şimal-şərqdə qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə