Tailandın turizm şəhəri partladılıb-FOTOSESSİYA

Tailandın turizm şəhəri partladılıb-FOTOSESSİYA

Tailandın cənubunda turizm şəhərində bir neçə partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində biri Malaziya vətəndaşı olmaqla 4 nəfər ölüb, daha 50 turist isə yaralanıb. Xəsarət alanlardan 16-sının vəziyyəti ağırdır.

Terroristlər tərəfindən 3 radiopartlayıcı vasitə motosikletlərə yerləşdirilib, ölkənin cənubunda yerləşən turist şəhəri Sunqay Kolokda 40 dəqiqəlik intervalda işə salınıb.

Qeyd edək ki, Tailandın cənubunda vəziyyət gün-gündən çətinləşir. Separatçılar Tailand Krallığı tərkibindən Naratxivat, Pattani və Yala əyalətlərinə çıxış əldə etməyə və müstəqil sultanlıq yaratmağa cəhd göstərirlər. Öz məqsədləri üçün isə onlar terrordan istifadə edirlər: 2004-cü ildən- fəaliyyətə başladıqları vaxtdan bu günə kimi separatçılar tərəfindən 4847 nəfər öldürülüb.

Polisin ilkin versiyasına görə, Pattanidə baş verən bu terror aktı narkokartellər tərəfindən maliyyələşdirilib. Belə ki, Yinqlak Çinavatın rəhbərliyi ilə hazırkı Tailand hökuməti bu ayı narkotik daşınmasına qarşı müharibə ayı elan edib və həbsxanalarda narkobaronların saxlanılması şərtlərini sərtləşdirib.


Bütün xəbərlər Facebook səhifəmizdə