ABŞ-da idman təyyarəsi insanların üzərinə düşüb - FOTOSSESİYA

ABŞ-da idman təyyarəsi insanların üzərinə düşüb - FOTOSSESİYA

Amerikanın Nevada ştatında pilotlar arasında yarış zamanı idman təyyarəsi tribunaya düşüb. SİA-nın "Rgj.com"-a istinadən verdiyi xəbərə görə, hadisə təyyarə idmanı üzrə milli çempionatın keçirildiyi Rino şəhərində baş verib. Birnəfərlik P-51 Mustang təyyarəsinin pilotu yüksək pilotaj fiqurlarından birini göstərərkən idarəetməni itirib və təyyarə şounu izləyən insanların üzərinə düşüb.

Hadisə nəticəsində 75 nəfər xəsarət alıb, 12-dən artıq insanın həlak olduğu bildirilir. Təcili yardım xidmətinin yaydığı xəbərə əsasən hazırda 25 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti isə ciddidir.

Bütün xəbərlər Facebook səhifəmizdə