Avstraliyada kimya zavodunda yanğın baş verib

Avstraliyada kimya zavodunda yanğın baş verib

Avstraliyada kimya zavodunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt Kanberra şəhərində qeydə alınmış hadisədə ölən və xəsarət alan olmayıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər bir neçə saat alovla mübarizə aparıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı yaşayış məntəqəsinin sakinləri təxliyyə olunub. İlkin məlumata əsasən, havaya zəhərli maddələrin atılması qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə