Sakit okeanda zəlzələ baş verib

Sakit okean hövzəsində Fici adaları yaxınlığında zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, yeraltı təkanların gücü 7,2 bal təşkil edib. Zəlzələnin episentri paytaxt Suva şəhərindən 453 km cənub-şərqdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə