İtaliya prokurorluğu baş nazir Silvio Berluskonini pozğun qadınlarla təmin etmək ittihamı üzrə səkkiz nəfəri həbs edib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar baş nazirdən bunun müqabilində iş, pul, əlverişli müqavilələr və digər münasib xidmətlər əldə ediblər.
İttiham Bari şəhərində üçillik istintaq araşdırmasının yekununda müəyyən olunub. Bütün bu işləri hazırda həbsdə olan yerli biznesmen Campaolo Tarantini həyata keçirirmiş. Tarantininin adı başqa bir ittihamda da hallanır. O, Berluskonidən Baridəki fahişəxana şəbəkəsi ilə bağlı yalandan ifadə vermək müqabilində 800 min avro rüşvət almaqda günahlandırılır. Berluskoni isə iddia edib ki, keçirilən gecə mərasimləri sadəcə dəvətli nahar məclisləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB