Ukrayna prezidenti Moskvaya gedəcək

Ukrayna prezidenti Moskvaya gedəcək

Ukrayna prezidenti 24 sentyabr tarixində Moskvaya işgüzar səfər etməyi planlaşdırır. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hazırda tərəflər iki ölkə liderinin görüşünə hazırlaşır.


Qeyd edək ki, Ukrayna prezindeti Viktor Yanukoviçin və Rusiya prezidenti Dmitri Medvedyevin görüşü oktyabra planlaşdırılmışdı. Lakin bir ay gözləmədən görüşün sentyabrda baş tutması qərara alınıb. Ehtimal edilir ki, görüşdə Ukraynaya tədarük edilən qazın qiyməti və ölkənin Rusiya, Qazaxıstan və Belarusun Gömrük İttifaqına inteqrasiyası müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə