Ərdoğan İrana gedir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd Suriya və PKK ilə bağlı müzakirələrin aparılmasıdır.

Misirdən Tunisə gedərkən təyyarədə jurnalistlərə açıqlama verən Ərdoğan artıq İran prezidenti Mahmud Əhmədinejadla telefon əlaqəsi saxladığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə