Böyük Britaniya 600 milyon funt-sterlinqi Liviyaya qaytardı

Böyük Britaniya 600 milyon funt-sterlinqi Liviyaya qaytardı
Böyük Britaniya hökuməti Liviyaya məxsus olan 600 milyon funt-sterlinqi (944 milyon ABŞ dolları) yenidən bu ölkəyə qaytarmağı qərara alıb. SİA məlumatına görə, bu barədə İngiltərə mətbuatı yazır.
"Liviyaya pul lazımdır ki, onlar həmin pulları hüquq-mühafizə və təhlükəsizlik orqanları əməkdaşlarına xərcləsin",- deyə Britaniya baş naziri Devid Kemeronun adminstrasiya rəsmisi bildirib.
Xatırlatmaq yerinə düşərdi ki, hazırda Devid Kemeron Tripolidədir və MKŞ-in rəsmiləri ilə görüş keçirir. Daha öncə isə bildirilirdi ki. Britaniya hökuməti həmin pulları Liviyaya tezliklə qaytarmağı düşünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə