Liviyada rusiyalı vətəndaşlar saxlanılıb

Liviyada rusiyalı vətəndaşlar saxlanılıb
Liviyada Rusiya vətəndaşlarının saxlanılmasının onların Qəddafi tərəfdarları ilə əlaqələri səbəbindən baş verdiyi göstərilir. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, Müvəqqəti Kemid Şurasının rəsmiləri bəyan ediblər ki, avqustun 27-də Tripolidə üsyançılar tərəfindən Rusiya vətəndaşları Dolqov və Şadrov, eləcə də Ukrayna vətəndaşları Şadrov və Şadrova saxlanılıblar. Onlar Liviyanın servis şirkətlərinin birində müqavilə əsasında işləyiblər. Xarici vətəndaşları həbs edənlər isə üsyançıların "Kakla" taborunun döyüşçüləridir. Sentyabrın 3-də adıçəkilən ölkə vətəndaşları azadlığa buraxılsalar da, sonradan onlar yenidən həbsə məruz qalıblar. Üsyançılar iddia edirlər ki, həmin vətəndaşlar Qəddafi ordusuna məxsus olan ağır silahlı texnikaların təmir işləri ilə məşğul olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə