Suriya ordusu əməliyyat keçirib

Suriya ordusu yenidən Türkiyə yaxınlığındakı Cebal Ez Zaviyə bölgəsinə ağır silahlarla hücum edib. Zirehli avtomobillər və tankların dəstək verdiyi əməliyyatda yüzlərlə hərbçi 10 kənd və qəsəbəyə girib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumlarda 19 müxalifətçinin öldüyü bildirilib. Cavab atəşi açan müxaliflər isə iki Suriya əsgərini öldürüb.

Ərəb Birliyi Qahirədəki toplantısından sonra yaydığı bəyanatda Suriyanın ölkədə 5 aydır davam edən toqquşmaları silahla deyil, dialoqla sona çatdırmasını istəyib. Birlik toqquşmalar başa çatıncaya qədər Suriyaya araşdırma heyəti göndərməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə