Xorvatiyanın cənubunda, Knin şəhəri yaxınlığında hərbi kazarmada yanğın olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisəyə həmin ərazidə qeydə alınan meşə yanğını səbəb olub. Güclü alov \"Stara Straja\" adlı hərbi hissənin anbarında olan silah-sursatların partlamasına səbəb olub.
Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə bölgəsindən 5 km radiusda 200 nəfərin təxliyyəsi həyata keçirilib. Tələfat və xəsarət alanların olmadığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB