Altay vilayətində axtarış işləri ilə məşğul olan ekspedisiya avqustun 24-də qəzaya uğramış "Proqress M-12M" kosmik gəmisinin qalıqlarını tapmağa nail olub. SİA-nın İTAR TASS agentliyinə istinadən verdiyi məlumata görə, aşkar olunmuş qalıqlar kabel və alüminium parçalardan ibarətdir. Belə ki, bir çox kosmos mütəxəssisləri hesab edirdilər ki, "Proqress" qəzaya uğrayarkən fəzada yanaraq külə çevrilib. Lakin sonradan bəlli olub ki, kosmik gəminin qalıqları Altay respublikasının ərazilərinə düşüb və bunu görənlər olub.
Xatırladaq ki, raket daşıyıcısı "Soyuz-U" "Proqress M-12 M"-lə birlikdə Baykonur kosmodromundan fəzaya qalxmışdı. Uçuşun 325-ci saniyəsində raket daşıyıcısında ciddi nasazlıqlar əmələ gəlib. Mühərrik anidən sönüb və hər iki hava gəmisi atmosferin ən sıx nöqtəsinə çatarkən partlayaraq yanıb. Qəzayla bağlı Roskosmos qurumunda dərhal araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB