Türkiyə ilə münasibətləri uzun müddətdir gərgin olan İsraildə telekanallardan biri ilk dəfə olarak türk seriallarının yayımına başlayıb. \"Menekşe ilə Halil\" adlı serial türk dilində yayımlanacaq, ivrit dilində isə alt yazı veriləcək. SİA-nın "Milliyət" qəzetinə istinadən verdiyi xəbərə görə, baş rolları Kıvanç Tatlıtuğ və Sədəf Avçının ifa etdiyi serial yayımlandığı ilk gündən böyük rəğbət qazanıb. \"Viva 2\" kanalının rəhbərliyi və tamaşaçılar serialın siyasətlə heç bir əlaqəsi olmadığını deyiblər. \"Bu bir sənətdir və siyasətlə qətiyyən qarışdırmaq olmaz\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB