Qvineya körfəzində bəzi dəniz mövqelərinə nəzarəti əlinə keçirməyə nail olan dəniz quldurları tankerə hücum edərək oradakı 23 nəfər ekipaj üzvünü girov götürüb. SİA \"Associated Pres\"s agentliyinə istinadən xəbər verir ki, dəniz quldurları Kipr bayrağı altında üzən "Matteos 1" tankerinə qəfildən hücum ediblər. Quldurlar tankeri ələ keçirdikdən sonra ekipaj üzvlərini öz gəmilərinə keçirib naməlum istiqamətdə üzüblər.
Kiprin ticarət limanı idarəsindən bildiriblər ki, tankerin ekipajı müxtəlif dövlətlərin vətəndaşlarıdır. Onlar İspaniyadan, Perudan və Ukraynadandırlar. Eyni zamanda Kiprin müvafiq dəniz məntəqələrindən bildirilib ki, ekipaj girov götürülməmişdən öncə həyacan siqnalı verməyə müvəffəq olub. Sonradan isə əlaqə tamamilə itib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB