Həmasın rəsmi nümayəndəsi Saleh Bərdəvil bəyan edib ki, Fələstinin 1967-ci ildəki sərhədləri ilə tanınması hərəkatın mübarizəsi üçün risk daşıyan amil kimi dəyərləndirilə bilər. SİA "Ediot Axronot" agentliyinə istinad edərək bildirir ki, Bərdəvilin fikrincə, bu addım İsrailin dövlət kimi tanınması anlamına gəlir ki, Hənas da bunu qəbul edə bilməz. Hərəkatın nümayəndəsi onu da əlavə edib ki, Fələstinin tanınması kampaniyası bilavasitə Mahmud Abbasın təklifidir. "Bu isə Fələstinin legitimliyini xalqın gözündə heçə endirəcək" deyə Bərdəvil bildirib.
Həmasın etirazlarına rəğmən, Fələstin muxtariyyətinin rəsmiləri və onların tərəfdarları bəyan ediblər ki, BMT-nin sessiyasında müstəqillik aktının qəbul olunması istiqamətində əllərindən gələni edəcəklər.
Xatırladaq ki, dünyanın bir çox dövlətləri Fələstinin müstəqilliyini tanımağa hazırdırlar. Lakin onlardan fərqli olaraq, ABŞ və İsrail bunu qəbul etmirlər. Hətta rəsmi Vaşinqton bu məsələ ilə bağlı dəfələrlə bəyan edib ki, əgər Fələstinin müstəqilliyi tanınarsa, ABŞ buna qarşı veto hüququndan istifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB