Qahirə məhkəməsi Misirin DİN rəhbərini sorğu-suala tutub

Qahirə məhkəməsi Misirin DİN rəhbərini sorğu-suala tutub
Qahirənin Ağır cinayətlərə dair məhkəməsi Misirin Daxili İşlər Naziri Mənsur əl-İsəvini sorğu-suala tutub. Belə ki, nazir aksiyaçıların gülləbaran edilməsi ilə bağlı eks-prezident Hüsnü Mübarəkin daha hansl məqsədləri olması barədə DİN rəsmisinin məlumatlı olduğu qeyd edilib. SİA \"RİA Novosti\"yə istinadən xəbər verir ki, Misirin Nile TV kanalı bu barədə məlumat yayıb. Bu işdə Hüsnü Mübarəkdən başqa, oğulları Əli və Kamalın, keçmiş DİN rəhbəri Həbib əl-Ədlinin və onun altı köməkçisinin adları hallanır. İsəvinin məhkəmə qarşısındakı çıxışı isə qapalı şəraitdə reallaşıb.

Xatırladaq ki, həftənin çərşənbə axşamı məhkəmə Misirin keçmiş vitse-prezidenti və eks kəşfiyyat idarəsinin rəhbəri Ömər Süleymanı dinləyib. Onların da çıxışları ciddi konfedesiallıq üzərində qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə