ABŞ prezidenti amerikalıları Konqresə təzyiq göstərməyə çağırıb

ABŞ prezidenti amerikalıları Konqresə təzyiq göstərməyə çağırıb
ABŞ prezidenti Barak Obama amerikalıları Konqres üzvlərinə məktub yazaraq 447 milyard dollar həcmində iş təklifini qəbul etdirməyə səsləyib. Qanun layihəsi yeni iş yerləri yaratmağa və zəif iqtisadiyyatı dirçəltməyə yönəlib. SİA \"Lenta.ru\"ya istinadən xəbər verir ki, prezident bu çağırışı Ohayo ştatının paytaxtı Kolumbusdakı orta məktəbdə səsləndirib.

Obama bildirib ki, işsiz müəllimlər, veteranlar, gənclər, inşaat işçiləri təklifdən bəhrələnən adamlar sırasında olacaq. Bu qanun layihəsinə 35 min məktəbi müasirləşdirmək üçün 25 milyard dollar həcmində yardım daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə