NATO-nun Liviya əməliyyatlarında Almaniya bundesverinin 100 əsgəri iştirak edib

NATO-nun Liviya əməliyyatlarında Almaniya bundesverinin 100 əsgəri iştirak edib
NATO Hərbi Hava Qüvvələrinin Liviyadakı "Unified Protector" adlı əməliyyatında Almaniya bundesverinin ən azı 103 əsgərinin iştirak etdiyi məlumat verilir. SİA "Financial Times Deutschland" qəzetinin verdiyi xəbərlərə istinadən bildirir ki, bunu Almaniyanın Müdafiə Nazirliyi öz hesabatında açıqlayıb. Hesabatı isə nazirlikdən Yaşıllar Partiyasının sədri Hans-Kristian Ştröbele tələb edib.

Daha öncə-2011-ci ilin avqustunda ölkənin Müdafiə Nazirliyi xəbər verirdi ki, əməliyyatlarda 11 hərbçi iştirak edib. Hesabat açıqlandıqdan sonra, Yaşıllar Partiyasının sədri Ştröbele nazirliyi həqiqi rəqəmləri gizlətməkdə ittiham edib. O, həm də bəyan edib ki, AFR razılaşmaya əsasən, Liviyaya əsgər göndərməməli idi və 100 nəfərdən artıq bundesver əsgərinin oraya göndərilməsi heç bir çərçivəyə sığmır.

Qanunlara görə, hər hansı ölkəyə göndərilməsi planlaşdırılan hərbi heyətin siyahısı tərtib edildikdən sonra bu Almaniya bundesverində (parlamentində) deputatlar arasında razılaşmalıdır. Bu hal baş vermədiyinə görə. Yaşıllar Partiyası nazirliyi istefa verməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com